İsrail əsgərlərindən Netanyahuya VETO

14:45 - 23 Fevral 2024 - DÜNYA

İsrail ordusunun “Alpinist” adlı xüsusi bölməsində xidmət edən ehtiyatda olan bəzi əsgərlərin dünən bölməyə səfər edən baş nazir Binyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib.

Ucnoqta.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, Netanyahu dünən ölkənin şimalındakı hərbi bazaya baş çəkib.

Netanyahunun "Alpinist" adlı xüsusi hərbi hissəyə səfərindən əvvəl əsgərlərə görüşə hazır olmaq göstərişi verilib, lakin bir çox əsgər Netanyahu ilə görüşmək istəməyib.

Bölmə komandirinin seçdiyi iki komanda iclasda iştirak edərkən, İsrail Baş Nazirlik ofisi baza səfəri ilə bağlı verdiyi açıqlamada Netanyahunun İsrailin şimalındakı bölmənin əsgərləri ilə görüşdüyünü əks etdirən görüntülərə yer verib.

Ölkə mətbuatında bəzi əsgərlərin dekabrda yaralı əsgərləri ziyarət edərkən İsraildə 7 oktyabrda HƏMAS-ın hücumlarının qarşısını ala bilməməkdə günahlandırdığı Netanyahu ilə bəzi əsgərlərin görüşmək istəmədiyi haqda xəbərlər yayılıb.

Xəbər xətti