Vilayət Eyvazov mayoru yeni vəzifəyə TƏYİN ETDİ

10:55 - 23 Fevral 2024 - Xəbər

Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) yeni təyinat olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Pərviz Hüseynov Zərdab RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xəbər xətti