Paytaxt yollarında tıxac var - Siyahı

08:29 - 23 Fevral 2024 - Xəbər

Paytaxtın bir sıra yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sosial şəbəkədə məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

11. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Zərifə Əliyeva küçəsində;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər xətti