“Qarabağ” tarix YAZDI

00:22 - 23 Fevral 2024 - İDMAN

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”la Portuqaliyanın “Braqa” klubu qarşılaşıb.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2:3 hesab ilə "Braqa"nın qələbəsi ilə bitib. 

İki oyunun nəticəsinə görə, "Qarabağ" ümumi hesabda "Braqa"nı 6:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Xəbər xətti