ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

19:16 - 22 Fevral 2024 - SİYASƏT

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində paylaşım edilib.

Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.

Xəbər xətti