Radardan yayınmağa cəhd edənlər məsuliyyətə cəlb olunacaq - DYP

18:58 - 22 Fevral 2024 - AVTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslərə xəbərdarlıq edib.

İdarədən Ucnoqta.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir ki, radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq: "Avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır".


Xəbər xətti