Azərbaycan Ermənistana yeni təkliflər verib

17:39 - 21 Fevral 2024 - SİYASƏT

Yanvarda İrəvanın Bakıya çatdırdığı layihəyə cavab olaraq Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Biz Azərbaycandan sülh müqaviləsinin yeni variantını aldıq. Bu, yanvarın 4-də Bakıya göndərdiyimiz versiyaya cavabdır. Azərbaycan öz versiyasını göndərdi və biz işləməyə davam edirik", - Qriqoryan bildirib.

O, təfərrüatlardan danışmayıb və qeyd edib ki, sülh müqaviləsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Xəbər xətti