"Rusiya onu Ermənistana verə bilməz" - Tanınmış vəkildən AÇIQLAMA

12:58 - 21 Fevral 2024 - SİYASƏT

“Rusiya qanunvericiliyinə əsasən, Kamil Zeynallı bir ay müddətində izolyatora yerləşdirilməli və Ermənistan bu müddətdə bütün sənədləri Rusiya Baş Prokurorluğuna təqdim etməlidir. Daha sonra onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq”.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev fitnes məşqçisi Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

E.Paşayev bildirib ki, beynəlxalq konvensiyaya görə, saxlanılan şəxsi beynəlxalq axtarışa düşmən ölkə veribsə, o həmin ölkəyə ekstradisiya edilməməməlidir:

“Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Ona görə də Rusiya onu heç cür Ermənistana verə bilməz”.

Vəkil onu da bildirib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərinə götürür.

Xəbər xətti