Türkiyə hakimiyyəti Ərzincan əyalətinin şərqindəki qızıl mədənində qaya uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kanada vətəndaşını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a əyalət prokurorluğundan daxil olan məlumatda deyilir.
“İstintaq zamanı əldə edilən sübutlar nəticəsində fevralın 14-də 8 nəfər, o cümlədən işəgötürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı saxlanılıb və ilkin məlumatlara görə, hadisədə təqsirli bilinir”, - məlumatda bildirilir.
Araşdırmalar çərçivəsində mədənin özündən və ətraf ərazidən torpaq və su nümunələri toplanaraq sınaq üçün kimya laboratoriyalarına göndərilib.