Fevralın 14-dək Latviyada yenidən dövlət qeydiyyatına alınmayan Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə başlanılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə rus.lsm.lv portalı məlumat yayıb.
Müvafiq düzəlişlər 2023-cü ildə respublika Seymi (parlamenti) tərəfindən qəbul edilib. Portalın məlumatına görə, noyabr ayından Latviyada 46 avtomobil yenidən qeydiyyat prosedurundan keçib. Bunun üçün onlar bir sıra meyarlara, o cümlədən Aİ standartlarına uyğunluq sertifikatına malik olmalı idilər.