Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

17:53 - 14 Fevral 2024 - SİYASƏT

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.

Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk"

Xəbər xətti