"Hörmətsiz Azercell! Ödəniş olunmazsa Tarif paketi bitən saniyədə xidməti dayandırırsınız. Yaxşı eliyirsiniz. Bəs niyə pulu ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz".
Ucnoqta.az xəbər verir ki, marketinq üzrə mütəxəssis Nəsimi Paşayev "Azərcell"i sosial şəbəkə hesabında tənqid edib. Nəsimi Paşayev bildirir ki, ödəniş olunub, tarif paketi yenilənib, danışıq dəqiqələri verilib, amma internet yox:
"Niyə? 4 gündür eyni sözü deyirsiniz - müraciətiniz texniki şöbəyə yönləndirilib və təcili olduğu qeyd edilib. Hətta paketdəki danışıq dəqiqələrini də ancaq sizə xərcləmişik. Normal şirkət problemi aradan qaldırmaq üçün müvəqqəti internet xidməti verməlidir. Araşdırmadan sonra problem müştəridə olsa onun pulunu ala da bilər. Amma sizdə müştəri məmnuniyyəti də yoxdur. Hətta Changan Azerbaijan belə 1 ilə yaxındır avtomobilini təmir etdirə bilməyən Müşviq İskəndərova müvəqqəti maşın vermişdi.
Guya hələ siz qlobal şirkətsiniz. Daş düşsün təpənizə.
P.S Operatoru dəyişməklə əlaqəsi yoxdur. Hamısı eyni zibildir".
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri də "Azərcell"i tənqid ediblər.