Neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti yanvarın 31-dən bəri ilk dəfə bir barel üçün 82 dolları ötüb.
Birja məlumatlarına görə, Brent markalı neftin qiyməti 0,4% artaraq 82,07 dollar/barelə çatıb.
Eyni zamanda, WTI markalı xam neftin mart ayında tədarük üçün fyuçersləri 1,34% bahalaşaraq bir barel üçün 77,15 dollar olub.