Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" mart ayı üçün Asiya ölkələri üçün neftinin satış qiymətini eyni səviyyədə saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, iki ildən artıq müddətdə “Arab Light” markalı neftin minimum qiyməti dəyişməz qalacaq və Oman/Dubay benchmark qiymətindən 1,5 dollar yüksək olacaq. "Arab Heavy" neftinin qiyməti də dəyişməz qalacaq. “Arab Extra Light” və “Arab Medium” yanacaqlarının qiymətləri bir qədər aşağı salınıb.
Agentlik qeyd edir ki, mart ayında neftin qiyməti bazar gözləntilərindən aşağı olub.