Neft qiymətləri həftə ərzində əhəmiyyətli dərəcədə ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, London Ice Futeres birjasının ticarət məlumatlarına əsasən, Brent markalı neft həftə ərzində 5%-dən çox ucuzlaşıb.
Brent markalı aprel fyuçersləri bir barel üçün 78,66 dollara satılırdı ki, bu da ötən cümə günü, yanvarın 26-da bağlanış qiymətindən 4,29 dollar (5,17%) azdır.
Eyni zamanda, WTI markalı mart fyuçerslərinin dəyəri bir barel üçün 73,88 dollar (həftə ərzində -5,29%) təşkil edib.