Bred Pitt Tarantinonun son filmində çəkilir

07:00 - 2 Fevral 2024 - Mədəniyyət

Kventin Tarantino Bred Pitti üçüncü dəfə filmlərini çəkməyə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, Deadline-ın məlumatına görə, Hollivud ulduzu əfsanəvi rejissorun son filmi “The Film Critic”də rol alacaq.

Pittin kimi oynayacağı isə hələlik bəlli deyil.Tarantino son filmin süjetini açıqlamayıb.

Əvvəllər o, yalnız filmin 1977-ci ildə Kaliforniyada baş verdiyini və əslində yaşamış, lakin əsla məşhur olmayan bir kino tənqidçisinin həyatına əsaslandığını və porno filmlərə rəylər yazdığını söylədi.

Xəbər xətti