Banklar niyə köhnə dolları almır? - AÇIQLAMA

12:30 - 31 Yanvar 2024 - İQTİSADİYYAT

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bununla bağlı nə Mərkəzi Bankın, nə də bankların xüsusi yanaşmasının olduğunu bildirib.

“Köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir. 2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”, - deyə sədr vurğulayıb.

Xəbər xətti