Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 82,64 dollar təşkil edir.
Ucnoqta.az xəbər verir ki, bu da əvvəlki ticarətin bağlanışı ilə müqayisədə 0,23 dollar (0,28%) aşağıdır.
WTI markalı neftin mart fyuçersləri elektron formada Nyu-York əmtəə birjasında (NYMEX) ticarət zamanı qiymət 0,21 dollar (0,27%) azalaraq 77,61 dollar/barelə bərabər olub.