Neftin qiyməti artdı

00:11 - 30 Yanvar 2024 - İQTİSADİYYAT

Brent neftinin qiyməti ABŞ-ın Yaxın Şərqdəki bazasına hücumdan sonra bahalaşıb

Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 30-dan bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb. 

ICE məlumatlarına əsasən, markalı neftin qiyməti 1,46% artaraq bir barel üçün 84,8 dollar təşkil edib.

Amerikanın West Texas Intermediate neftinin qiyməti də 1,6%-ə qədər artaraq, maya dəyəri 79,29 dollar/barelə çatıb.

Xəbər xətti