Ən azı 1,5 min miqrant Meksikanın cənubundakı Çiapas ştatından ABŞ sərhədinə yollanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Imparcial” qəzeti məlumat yayıb.
Məlumata görə, sərhədə gedən yolda izdiham artıq 74 km məsafə qət edərək beş immiqrasiya və polis nəzarət məntəqəsini keçib. Nəşrin yazdığına görə, miqrantlar mühüm magistrallarda nəqliyyatın qarşısını almaq üçün Milli Qvardiyanın, nəqliyyatın və bələdiyyə polisinin patrul dəstələrinin müşayiəti ilə hərəkət edirlər.
Yanvarın 22-də Fox News xəbər verib ki, ABŞ Ali Məhkəməsi miqrant axınına qarşı mübarizə çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) məftilli hasarın sökülməsinə qərar verib.