Neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 83,97 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,42 dollar (0,5%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neft fyuçerslərinin kotirovkaları 0,36 dollar (0,46%) artaraq bir barelə görə 78,37 dollar təşkil edib.