Neftin qiyməti ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 82,04 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,39 dollar (0,47%) azdır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin qiyməti 0,52 dollar (0,67%) ucuzlaşaraq bir barelə görə 76,84 dollar olub.