Azərbaycanda etiket istehsalçısına bir milyon güzəştli kredit ayrıldı

14:41 - 25 Yanvar 2024 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan “Artpak” MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün bir milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub”, - deyə nazir qeyd edib.

 

Xəbər xətti