Brent nefti bir gün əvvəl yüksələn qiymətlərdən sonra bir barel üçün 79,39 dollara düşüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı mart fyuçerslərinin qiyməti 0,68 dollar (0,85%) ucuzlaşaraq 79,38 dollar/barelə bərabər olub.
WTI markalı neftin mart fyuçersləri NYMEX birjasında 0,67 dollar (0,9%) ucuzlaşaraq bir barelə görə 74,09 dollara düşüb.
Bir gün əvvəl Brent 1,9%, WTI 2,4% bahalaşmışdı.