Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 15,75%-dən 15,25%-ə endirmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini müsbət/mənfi 1 faiz bəndi dəhlizlə illik 15,25%-ə endirmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Ötən il noyabrın 24-də Milli Bank baza dərəcəsini illik 16%-dən 15,75%-ə endirib.