Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstan Milli Bankı baza dərəcəsini endirdi

10:10 - 19 Yanvar 2024 tarixində dərc olunub.

Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 15,75%-dən 15,25%-ə endirmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini müsbət/mənfi 1 faiz bəndi dəhlizlə illik 15,25%-ə endirmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Ötən il noyabrın 24-də Milli Bank baza dərəcəsini illik 16%-dən 15,75%-ə endirib.

Müəllif: Ucnoqta.az redaksiyası