Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

16:38 - 6 Yanvar 2024 - SİYASƏT

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.

Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. 

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.///report

Xəbər xətti