Peskov İlham Əliyevlə Paşinyan arasındakı görüşdən danışdı

15:47 - 27 Dekabr 2023 - SİYASƏT

Peskov Əliyevlə Paşinyan arasında MDB sammiti çərçivəsində keçirilən görüşü “qısa ayaq təması” adlandırıb.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində baş tutan görüşünü danışıqlar deyil, “ayaqüstü qısa təmas” adlandırıb.

"Onlar dünən danışıqlar aparmayıblar, lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti həmişə yerlərdə qısa təmaslar üçün yaxşı fürsətdir. Bu dəfə də belə olub", - Kreml nümayəndəsi bildirib.

Xəbər xətti