“Qarabağ”ın qapıçısı Avroliqada 3-cü oldu

17:23 - 25 Dekabr 2023 - İDMAN

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunev Avropa Liqasında seyvlərə görə ilk 3-lüyə daxil olub.

Ucnoqta.az xəbər verir ki, Andrey Lunev turnirin qrup mərhələsində 6 oyun keçirib və komandanın pley-offa yüksəlməsinə kömək edib. 
Rusiyalı Andrey Lunev Avropa Liqasının qrup mərhələsində seyvlərin sayına görə qapıçılar arasında üçüncü yeri tutub.

Lunev Azərbaycan "Qarabağ"ının heyətində H qrupunda 6 oyun keçirib, o cümlədən 3 dəfə qapısını toxunulmaz saxlayıb və ümumilikdə 8 qol buraxıb.

Siyahıda birinci yeri kiprli Arisadan olan braziliyalı Vana (30 seyv, biri penaltidən), ikinci yeri isə polşalı Rakuvadan bosniyalı Vladan Kovaçeviç (27) tutub.

Fevralın 15-də və 22-də Portuqaliya “Braqa”sı ilə qarşılaşacaq “Qarabağ” qrupda ikinci yeri tutaraq 1/16 finala yüksəlib.

Xəbər xətti