Canlı efirə "Starbucks" stəkanı ilə çıxan aparıcı işdən çıxarıldı

00:12 - 25 Dekabr 2023 - MEDİA

Türkiyənin TGRT telekanalının xəbərlər proqramının aparıcısı, Starbucks qəhvə şəbəkəsinin loqosu olan stəkanla canlı efirə çıxan Meltem Günay işdən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, verilişin redaktoru da işdən çıxarılıb. TGRT rəhbərliyin qəbul etdiyi qərarı televiziya şirkətinin korporativ qaydalarının pozulması kimi izah edib.

Hadisə bazar günü baş verib. Televiziya şirkətinin işçilərinin işdən çıxarılması barədə qərar verilişdən dərhal sonra verilib. TGRT-nin X sosial şəbəkəsindəki mesajında ​​qeyd edildiyi kimi, kanal rəhbərliyi gizli reklamla bağlı qaydaların pozulmasını və “Türk xalqının Qəzzadakı həssaslığını nəzərə alaraq teleaparıcının hərəkətini pisləyib. Şirkətimiz Qəzza xalqının yanında olmağa davam edəcək", - açıqlamada deyilir.

Xəbər xətti