İspaniyanın "Barselona" klubunun futbolçuları Dallasda Meksika Amerika yığması ilə yoldaşlıq oyunu keçirib.
Ucnoqta.az xəbər verir ki, oyun kataloniyalıların 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Barselona"nın qollarını Lamin Yamal (6-cı dəqiqə) və Mark Giu (28-ci dəqiqə) vurub. Meksikalıların qollarını Julian Quinones (12, 50) və Enri Martin (82) vurub.
“Marca”nın məlumatına görə, “Barselona” bu yoldaşlıq görüşü üçün 4,5 milyon avro alıb.