Fraqonardın naməlum tablosu 3,2 milyon avroya satılıb

00:19 - 22 Dekabr 2023 - Mədəniyyət

18-ci əsrdə yaşamış fransız rəssamı Jan-Onore Fraqonardın naməlum tablosu “Papaqlı gənc qız” (Jeune fille au chapeau) Parisdə keçirilən hərracda 3,2 milyon avroya satılıb. 

Ucnoqta.az AFR-ə istinadən xəbər verir ki, hərracın nəticələri 400 min avroluq başlanğıc qiymətini dəfələrlə üstələyib.

Rəsm Fraqonard tərəfindən 1770-1775-ci illər arasında kral sarayında xidmət edərkən çəkilib. Bundan sonra kətan 100 il Paris ailələrindən birində saxlanılıb, sonra onun izləri itib.

İncəsənət tarixçilərinin fikrincə, “Papaqlı gənc qız” 2021-ci ildə hərracda 7 milyon avrodan çox qiymətə satılan Fraqonardın “Fəlsəfə” ilə eyni kolleksiyadan olan əsərdir.

Xəbər xətti