İngiltərənin "Mançester Yunayted" klubu Superliqada iştirakdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyanın “Atletiko Madrid” və Almaniyanın “Bavariya” klubları da oxşar bəyanatlar veriblər. Bütün klublar Avropa Futbol Assosiasiyaları İttifaqına və Avropa futbolunun hazırkı inkişaf modelinə sadiq olduqlarını bəyan ediblər. Əvvəllər Superliqanın yaradılmasına İspaniyanın “Barselona” və “Real Madrid” klubları dəstək verib.