Moskva birjasında dolların məzənnəsi 91 rublu ötüb
Dekabrın 21-də səhər saatlarında keçirilən hərracda dolların milli valyutaya nisbətdə dəyəri 91 rublu ötüb. Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, dollar dekabrın 11-dən bəri ilk dəfə olaraq 91,1875 rubla (+0,25%) yüksəlib.