"Bu rayon köçürülməlidir, sağ qalma şansı yoxdur" - Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ

18:36 - 20 Dekabr 2023 - Cəmiyyət

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.

Ucnoqta..az musavat.com-a istinadən bildirir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursansanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu Fayının Cənub fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Heç bir şans yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".

Xəbər xətti