Böyük Britaniyanın neft-qaz şirkəti BP Qırmızı dəniz vasitəsilə neftin tankerlə daşınmasını dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"Qırmızı dənizdə naviqasiya üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda BP bütün tranzitləri müvəqqəti olaraq dayandırmaq qərarına gəlib", - agentlik şirkətin bəyanatından sitat gətirir.