Bakıda bıçaqlanma olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.