Cəsarət Valehov vəzifəsindən azad olundu

17:40 - 8 Dekabr 2023 - Xəbər

Xəbər verdiyimiz kimi, bu gün Elm və Təhsil Nazirliyinin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Onun çalışdığı İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Səbuhi Rzayev müdir təyin olunub.

C. Valehov məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcək. 

Xəbər xətti