Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barone ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Armen Qriqoryan öz Facebook səhifəsində məlumat verib.
Tərəflər demokratik dəyərlərə əsaslanan Ermənistan-Britaniya münasibətlərinin sabit inkişaf dinamikasını, Ermənistan-Böyük Britaniya strateji dialoqunun rəsmi başlandığını vurğulayaraq, qeyd olunanların hamısının hər iki ölkənin mövcud potensialını tam reallaşdırmağa hazır olduğunun sübutu olduğunu vurğulayıblar.
Həmsöhbətlər regionda və Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qriqoryan Ermənistanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülhün bərqərar olmasına yönəlmiş səylərini təqdim edib.