Portuqaliya prezidenti hökuməti istefaya göndərib

11:21 - 8 Dekabr 2023 - DÜNYA

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa korrupsiya qalmaqalı səbəbindən baş nazir Antonio Kostanın istefası fonunda hazırkı hökuməti istefaya göndərmək qərarına gəlib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında dərc edilmiş sərəncamda deyilir.

Portuqaliya Konstitusiyasına görə, hökumət yeni tərkib formalaşana qədər fəaliyyətini davam etdirəcək, lakin onun vəzifələri məhdud olacaq.

Prezidentin qərarı Kosta noyabrın 7-də korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan etdikdən sonra verilib. Portuqaliya polisi Nazirlər Kabinetinin rəhbərinin rəsmi iqamətgahında və iki nazirlik də daxil olmaqla 40-dan çox axtarış aparıb. Bir neçə nəfər həbs edilib. İş çərçivəsində baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya da saxlanılıb.

Xəbər xətti