Turistləri daşıyan avtobus qəzaya uğrayıb - 12 yaralı

09:04 - 8 Dekabr 2023 - HADİSƏ

Yaponiyanın şimalındakı Hokkaydo adasının Furano bölgəsində turist avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fuji telekanalı məlumat yayıb.

Yaralananlar arasında Avstraliya və Tayvandan Yaponiyaya gələn 9 əcnəbi, o cümlədən iki yaşlı uşaq da var.

Qəza pis hava şəraiti və yol şəraiti səbəbindən baş verib.

Xəbər xətti