ABŞ səfirliyinə raket hücumu edilib

08:50 - 8 Dekabr 2023 - DÜNYA

İraqın paytaxtı Bağdadda yüksək mühafizə olunan Yaşıl Zonada ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik güclərindəki mənbəyə istinadən "Şafaq" xəbər agentliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik şəhərin mərkəzində yerləşir. Onun yaxınlığında partlayış səslərinin eşidildiyi, binanın içərisində həyəcan siqnallarını səsləndiyi qeyd edilir.

İlkin məlumatlara görə, səfirliyin ətraf ərazisinə bir neçə raket atılıb.

Xəbər xətti