İngiltərədə dünyanın ən qədim viskisi rekord qiymətə satılıb

03:08 - 8 Dekabr 2023 - MARAQLI

Böyük Britaniyada Şotlandiyanın Blair qəsrində tapılan 24 şüşə viski hərracda satılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Əvvəlcə hərrac təşkilatçıları dünyanın ən qədimi adlandırılan hər şüşə viskinin ən azı 10 min funt sterlinqə satılacağını gözləyirdilər. Əslində butulkaların bəziləri daha baha idi.

Butulkalardan biri rekord qiymətə - 19 min funt-sterlinqə satılıb. Lotların orta qiyməti təxminən 16 min funt sterlinq təşkil edib.

Nəticədə hərraca çıxarılan qədim içkinin 24 şüşəsi 385 min funt sterlinqə satılıb. Bu viski 1830-cu illərin əvvəllərində hazırlanmışdır. Mütəxəssislər onun 1833-cü ildə distillə oluna, 1841-ci ildə qablaşdırıla və 1932-ci ildə yenidən qablaşdırıla biləcəyini ehtimal edirlər. Lakin bunu təsdiqləmək çox çətindir. Onun harada və necə edildiyi barədə etibarlı məlumat yoxdur.

Xəbər xətti