ABŞ-da Google xidmətlərində problemlər müşahidə olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin səhifəsində məlumat verilib.
Google axtarış sistemi, Gmail e-poçt xidməti və Google Drive bulud yaddaşında problemlər var.
Kanadada Google axtarış sistemində və Gmail xidmətində kiçik fasilələr olduğu bildirilir.