Mirzoyan Ceyhun Bayramovla ABŞ-da görüşməyə hazır olduğunu bildirib

22:09 - 7 Dekabr 2023 - SİYASƏT

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə müşaviri Lui Bono ilə görüşündə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Söhbət zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələr və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi dövlət katibi Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü üçün ABŞ-ın təklifinə müsbət cavab verib”, - məlumatda qeyd olunur.

Xəbər xətti