"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, İngiltərə klubu bu mövsüm "trebl"i başa vurarsa, məşqçilik karyerasını bitirə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.
“Bu mövsüm trebl qazansaq, mütləq təqaüdə çıxacağam. Bilirəm ki, bu, son dərəcə çətindi, İngiltərədə oynayan çoxlu inanılmaz komandalar var və Ser Aleks Ferqyusonla yalnız biri bunu bacardı, amma biz bunu keçən mövsüm təkrarladıq”, - deyə mütəxəssis bildirib.
İspan 2016-cı ildən "Siti"ni çalışdırır.