Bryanskda məktəbdə atışma nəticəsində iki nəfər ölüb

11:38 - 7 Dekabr 2023 - HADİSƏ

Bryansk şəhərində 5 saylı gimnaziyada baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, yerli administrasiyanın Telegram kanalının məlumatına görə, eyni zamanda iki nəfər yerindəcə dünyasını dəyişib.

Açıqlamada bildirilir ki, təhsil müəssisəsində fövqəladə vəziyyət barədə məlumat şəhər dispetçer xidmətinə saat 9:15-də daxil olub. İlkin məlumata görə, səkkizinci sinif şagirdi məktəb ərazisinə odlu silah gətirib və atəş açıb.

“Hazırda dörd yaralanan və iki ölüm məlumdur. Ola bilsin ki, ölənlərdən biri özünü güllələyən qızın özü olub”, - məlumatda aydınlıq gətirilir.

Administrasiyadan verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq təhsil müəssisəsinin binasını mühasirəyə alıb, uşaqları və əməkdaşları bayıra çıxarıblar. Məlumata görə, məktəblilər böyüklərin müşayiəti ilə evə göndərilib.

Xəbər xətti