Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub

11:34 - 6 Dekabr 2023 - Cəmiyyət

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.

Bunu “Report”a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

"Onların əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır", - o vurğulayıb.

Xəbər xətti