İsrail HHQ Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirib

11:06 - 6 Dekabr 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanını zəbt edərək şiə təşkilatı Hizbullah döyüşçülərinin atəş nöqtələrinin yerləşdiyi cənub bölgələrinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Wataniya” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri Yarin və Aita əş-Şaab yaşayış məntəqələrinin kənarına hücum edib.

İsrail artilleriyası Alma əş-Şaab, Cibbane, Ramiya və bir neçə başqa kəndi atəşə tutub. Agentliyin məlumatına görə, atışma zamanı xüsusilə ağ fosforlu mərmilərdən istifadə edilib.

Xəbər xətti