Həlak olan İsrail hərbçilərinin sayı 410-a çatıb

10:17 - 6 Dekabr 2023 - DÜNYA

Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 4 əsgəri həlak olub.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, beləliklə, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 410-a çatıb.

Məlumata görə, üç mayor və bir polkovnik-leytenant həlak olub, bu, dekabrın 5-də baş verib. Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İDF itkilərinin sayı 84-ə çatıb.

Xəbər xətti